Kubada avtobus dərəyə aşıb – 10 nəfər ölü

Kubanın Mayabeke vilayətində ağır yol qəzası baş verib.

AzerTimes-ın məlumatına görə, 45 müəllimi paytaxdan ölkənin şərqinə daşıyan avtobus dərəyə aşıb.

Qəza nəticəsində ən az 10 nəfər həlak olub, 24 nəfər yaralanıb. Hadisənin təfərruatları barədə məlumat verilməyib.

Teqlər: