ABŞ-da koronavirusa yoluxanların sayı 26 milyonu keçib

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 26 milyonu ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli və federal qurumların göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Bildirilir ki, ölkədə sözügedən virusa 26 012 880 yoluxma, infeksiyanın nəticəsində yaranan xəstəlikdən 438 239 ölüm hadisəsi qeydə alınıb.

Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyona yanvarın 24-də çatıb. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yeri tutur.

Daha əvvəl ölkədə bir tədarükçünün 600 koronavirusa qarşı vaksin dozunun xarab etidyi bildirilib.

Teqlər: