Kubada ağır yol qəzası olub, 53 nəfər xəsarət alıb

Kubanın qərbindəki Pinar-del-Rio əyalətinin Konsolasion-del-Sur
yaşayış məntəqəsi yaxınlığında insanları daşıyan yük avtomobili
aşıb.

Trend “Cubadebate” xəbər portalına istinadən verdiyi məlumata
görə, qəza nəticəsində azı 53 nəfər xəsarət alıb.

Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib,
onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma
aparılır.