Xəbər - Trend:
Malayziyanın Kuala Lumpur şəhərindəki KLCC stansiyası yaxınlığında metro xətti hissəsində iki qatarın toqquşması nəticəsində ən azı 166 nəfər xəsarət alıb, onlardan 47-nin vəziyyəti ağırdır.
AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə , bu barədə Malay Mail qəzeti nəqliyyat naziri Vi Ka Siona istinadən xəbər verib.
Onun sözlərinə görə,hadisə yerli vaxtla 20:33-də baş verib.Qatarlardan biri sərnişinləri daşıyıb.İkinci isə test rejimində buraxılıb və boş olub.Ölkənin Nəqliyyat naziri toqquşmada birinci qatarda 232 nəfər olduğunu qeyd edib.