“Krokus”da ölənlər Maqomayevin mahnısı ilə yad edildi – Video

“Krokus”da ölənlər Maqomayevin mahnısı ilə yad edildi – Video

Moskvada “Krokus Siti Holl” konsert kompleksində baş verən terrorda ölənlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir.

AzerTimes xəbər verir ki, tədbirdə dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin “Durnalar” mahnısı səslənir.

Xatırladaq ki, hadisə baş verən konsert salonu onun adını daşıyır.

Binanın divarında uçan durnalar proyeksiyası əks olunub.

Teqlər: