Kriştiano Ronaldo gələn mövsüm Çempionlar Liqasında oynamaya bilər

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo
yay transfer pəncərəsində klubda qalsa, gələn mövsüm ilk dəfə
Çempionlar Liqasını buraxacaq.

AzerTimes-ın
məlumatına görə, bu, “Mançester Yunayted”in İngiltərə Premyer
Liqasının 36-cı turunda səfərdə “Brayton”a uduzmasından (0:4) və
finiş xəttinə bir oyun qalmış dördüncü yer uğrunda mübarizəni tərk
etməsindən sonra aydın oldu. Qeyd edək ki, dördüncü yerdə qərarlşan
komanda Çempionlar Liqasında oynamaq hüququnu qazanır.

Portuqaliyalı hücumçu bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb,
18 qol vurub və 3 məhsuldar ötürmə edib. Bundan başqa, K.Ronaldo
Çempionlar Liqasında yeddi qol vurub.

“Mançester Yunayted” 58 xal toplayaraq İngiltərə çempionatının
turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Teqlər: