“Krımdan Qarabağa qədər” fikir ayrılığı…

“Krımdan Qarabağa qədər” fikir ayrılığı…

Kreml ilə Ankara arasında demək olar ki, bütün mövzularda fikir ayrılıqları var: Krımdan Qarabağa və Ukraynadan Suriyaya qədər. Lakin bu fikir ayrılıqları Qərbin hər iki tərəfə göstərdiyi təzyiqlə müqayisə oluna bilməz. Ona görə də Rusiya ilə Türkiyənin yaxınlaşması qaçılmazdır. Necə ki, demokratik Veymar Respublikası ilə Sovet Rusiyası arasında yüz il əvvəl qaçılmaz yaxınlaşma oldu (“Rapallo” müqaviləsi – red). Çünki Qərb onlara “yeni dünyada” yer qoymadı.

AzerTimes xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda”nın müxbiri Edvard Çesnakov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ankaraya səfəri barədə bildirib.

“Həqiqətən də ABŞ və AB təkcə Rusiyaya deyil, Türkiyəyə də təzyiq göstərir. Ankara bunu Suriyada PKK terror təhlükəsini zərərsizləşdirmək üçün keçirdiyi xüsusi əməliyyatları zamanı görüb. Bundan əlavə, Qərb dövlətləri çoxdan Ərdoğanı devirməyə çalışırlar. Ukrayna böhranı başlayandan sonra AB və NATO Türkiyəni öz tərəfini tutmağa inandırmağa çalışdı. Bu yaxınlarda Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Türkiyəni Moskvaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyinə görə tənqid edib. Halbuki Türkiyə müstəqil və Vaşinqtonu nəzərə almadan hərəkət edən ölkədir. Ankaranın prioriteti milli maraqlarıdır, demokratiya ilə öyünmək deyil”.

Teqlər: