Krımda akvarium-muzey dağıldı, 800 heyvan öldü

Krımda akvarium-muzey dağıldı, 800 heyvan öldü

Krım yarımadasını vuran qasırğa nəticəsində Sevastopoldakı akvarium-muzeydə 800-ə yaxın heyvan ölüb.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, qasırğa nəticəsində 1897-ci ildən fəaliyyət göstərən ekzotik heyvanların olduğu zal su altında qalıb.

Məlumata görə, su axını muzeyin damını yararaq, havalandırma sistemini sıradan çıxarıb.

Şahidlərin sözlərinə görə, hər gələn dalğa ilə otağa təxminən üç kubmetr su daxil olub. Muzey direktorunun sözlərinə görə, doqquz akvariumdakı heyvanlar ölüb, binaya böyük ziyan dəyib. Nasoslar və ventilyasiya sistemləri də daxil olmaqla, bütün avadanlıqlar sıradan çıxıb. Hadisə nəticəsində ən çox ziyan muzeyin üçüncü zalına dəyib.

Bundan başqa, Cənubi Dəniz Biologiyası İnstitutunun bir neçə elmi laboratoriyası zədələnib.

Teqlər: