11 girov Qəzzadan İsrailə gətirildi

11 girov Qəzzadan İsrailə gətirildi

11 israilli girovdan ibarət qrup Qəzza zolağından İsrail ərazisinə gətirilib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“ÇAXAL-ın Xüsusi Təyinatlı Qüvvələri və Ümumi Təhlükəsizlik Qüvvələri hazırda azad edilmiş 11 girovu İsrail ərazisində müşayiət edir. Onlar tibbi müayinədən keçdikdən sonra ailələrinə qovuşana qədər qüvvələrimiz onları müşayiət edəcək”, – deyə bildirilib.

Teqlər: