Kremldən Lavrovun istefa xəbərinə – Reaksiya

Kremldən Lavrovun istefa xəbərinə – Reaksiya

Rusiya XİN rəhbərinin mümkün dəyişilməsi ilə bağlı məlumatlar şayiədir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ənənəvi olaraq sizə cavab verəcəyəm – bu cür məlumatlara şayiə kimi yanaşın”, – o bildirib.

Qeyd edək ki, bəzi Teleqram kanallarında XİN rəhbəri Sergey Lavrovun mümkün istefası ilə bağlı məlumat yayılıb. Onun yerinə namizədlər arasında Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, LDPR fraksiyasının lideri Leonid Slutski, xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun adları çəkilib.

Teqlər: