295-ci gün: Rusiyanın itkiləri açıqlandı

295-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 295-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 96 590 hərbçi, 2 975 ədəd tank, 5 946 ədəd zirehli döyüş maşını, 1 943 ədəd artilleriya sistemi, 406 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 563 ədəd avtomobil texnikası, 1 644 ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 172 xüsusi avadanlıq itirib.

Teqlər: