İranlı müəllimlər BMT-dən yardım istədi

İranlı müəllimlər BMT-dən yardım istədi

İran universitetlərində fəaliyyət göstərən 80 müəllim BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmana məktub yazıb.

AzerTimes xəbər verir ki, məktubda nümayişçilərin edam hökmlərinin ləğvi, işgəncə və zorakılıq hallarını araşdırmaq üçün faktaraşdırıcı qrupun yaradılması istənilib. Onlar ali təhsil müəssisələrində müəllim və tələbələrə qarşı təqib və özbaşına həbslərin artdığına diqqət çəkiblər.

“Polis, təhlükəsizlik və mülki geyimli məmurların universitetlərə nəzarət etməsi 1997-ci il UNESKO-nun Ümumdünya Konfransının müddəalarına ziddir”, – məktubda qeyd olunur.

Teqlər: