Kreml bu ritorikanı xalq üçün uydurub – Kurnosova

Kreml bu ritorikanı xalq üçün uydurub – Kurnosova

Ukraynaya qarşı genişmiqyaslı müharibəyə və aqressiv bəyanatlara baxmayaraq, Putin Üçüncü Dünya müharibəsini başlatmaq niyyətində deyil.

AzerTimes xəbər verir ki, bu fikirləri “Observer”ə rusiyalı müxalifətçi Olqa Kurnosova deyib.

“İnanıram ki, sərt ritorika ilk növbədə rus xalqına yönəlib – “xüsusi əməliyyat”ın nə üçün bu qədər uzun müddətdir davam etdiyini izah etmək üçün. Bunu izah etməyin yeganə yolu odur ki, guya onlar təkcə Ukrayna ilə deyil, bütün NATO ilə vuruşduqlarını göstərməyə çalışırlar, buna görə də hər şey çox çətindir. Putin və onun ətrafı reallıqdan nə qədər uzaq olsalar da, müharibədə məğlub olacaqlarını başa düşürlər. Ona görə də düşünmürəm ki, onlar həqiqətən Üçüncü Dünya müharibəsini başlamaq istəyirlər”, – Kurnosova izah edib.

Teqlər: