Bakıda maşın aşdı: Hindistan vətəndaşları öldü

Bakıda maşın aşdı: Hindistan vətəndaşları öldü

İyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubişi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları – Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: