Kral Ukrayna hərbçilərinin təlimini izlədi

Kral Ukrayna hərbçilərinin təlimini izlədi

Böyük Britaniya kralı III Karl İngiltərənin cənub-qərbində ukraynalı hərbçilərin təlim keçdiyi bazanı ziyarət edib.

AzerTimes xəbər verir ki, monarx Böyük Britaniya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş qərargah rəisi Patrik Sanders ilə birlikdə Ukrayna hərbçilərinin təlimlərini izləyib və onlarla söhbət edib.

Qeyd edək ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyi bu il Ukrayna ordusunun 40 min hərbçisinə hazırlıq keçməyi planlaşdırır. İndiyə qədər müvafiq proqram çərçivəsində 10 min ukraynalı hərbçi təlim keçib.

Teqlər: