Arvadının ölüm xəbərini aldı, dözə bilmədi

Arvadının ölüm xəbərini aldı, dözə bilmədi

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: