Kosovo serblərinin qurduğu barrikadalar götürüləcək

Kosovo serblərinin qurduğu barrikadalar götürüləcək

Kosovo serblərinin ölkənin şimalında yollarda qurduğu barrikadalar bu gündən etibarən götürüləcək.

AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Məlumata görə, A.Vuçiç Serbiyanın Kosovo ilə sərhədi yaxınlığındakı Raska şəhərindəki hərbi obyektdə Kosovo serbləri ilə görüşüb.

Çox çətin görüş keçirdiklərini bildirən Serbiya prezidenti deyib ki, Kosovo serblərindən barrikadaları aradan qaldırmalarını xahiş etdim:

“Sülh və əmin-amanlığın davam etməsini istəyirəm. Hər kəsi dinlədim. Verilən vədlərin yerinə yetiriləcəyinə inanıram. Bu, iki saata bitəcək bir iş deyil, 24, bəlkə 48 saat çəkə bilər”.

Kosovo serblərinin tələblərinin yerinə yetirilməsi üçün Avropa Birliyi (AB) və ABŞ-dan zəmanət alındığı bildirilib.

Qeyd edək ki, serblərin sıx məskunlaşdığı Kosovonun şimalında yollarda qurulan barrikadalar son dövrdə iki ölkə arasında gərginliyə səbəb olub. Həmçinin Kosovo təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan keçmiş serb polisi Deyan Pantiçin həbsinin ev dustaqlığına çevrildiyi qeyd olunub.

Teqlər: