Biləsuvarda maşın aşdı: iki qadın xəsarət aldı

Biləsuvarda maşın aşdı: iki qadın xəsarət aldı

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhər sakinləri – 1971-ci təvəllüdlü S.Süleymanova və 1975-ci il təvəllüdlü Ə.Hüseynova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: