Koreya Azərbaycanda kəhrizlərin bərpasına 1.2 milyon dollar ayırıb

Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1.2
milyon dollar vəsait ayırıb.

AzerTimes-ın məlumatına görə, bunu “Azərbaycanda kəhriz su
sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı
ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr
olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.

O bildirib ki, bu layihə tamamlandıqdan sonra 8 min məcburi
köçkün öz yurd-yuvalarında təmiz su ilə təmin olunacaq

Teqlər: