Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb

Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə
Mərkəzindən AzerTimes-a verilən məlumata görə, həmin küçə və
prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə
kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan
hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
müşahidə olunur.

2. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə
kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə
olunur.

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən,
Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi
istiqamətində sıxlıq müşahidə olunur.

4. Heydər Əliyev prospekti – əsas və köməkçi yolda, Koroğlu metro
stansiyası istiqamətindən başlayaraq, əsasən Bağırov körpüsünün
aşağı hissəsini keçdikdən sonra şəhər istiqamətində, eyni zamanda
Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq müşahidə olunur.

5. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid
Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb
Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

6. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil
olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti
istiqamətində sıxlıq müşahidə olunur.

7. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə
kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər,
Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq
müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi
istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan
Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə
qədərdir.

Teqlər: