Bakıda qəzaya düşən polislərin vəziyyəti açıqlanıb

Bakıda baş verən yol qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə 4
nəfər yerləşdirilib.

Bu barədə AzerTimes-a açıqlamasında Kliniki Tibbi Mərkəzin mətbuat
xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.

“Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman
Rəhimov küçələrinin kəsişməsində qeydə alınan avtomobil qəza
nəticəsində xəsarət alab 4 nəfər təcili tibbi yardım maşını ilə
Kliniki Tibbi Mərkəzə gətirilib.

Hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin
travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi
əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan
bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin
tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hal-hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti
stabil qiymətləndirilir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin
kəsişməsində qeydə alınıb. “Mercedes-Benz” markalı avtomobilin
sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub və Nəsimi
Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının
idarə etdiyi “Fiat” markalı avtomobilə çırpılıb.

Teqlər: