Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat
(Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri
keçirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, təlimin
planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən
qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar
vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə
icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin
diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq
zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə
yetiriblər.
Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan
döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla
hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də
relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla
tətbiq edilməsidir.