Xəbər - Orxan Nəbiyev – Trend:
Kolumbiyanın paytaxtı Boqota şəhərində məşhur “Colpatria” binası 27 Sentyabr – Anım günü münasibətilə Azərbaycan bayrağının rənglərinə bürünüb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov “Twitter” səhifəsində yazıb.
Binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını xatırlayır” sözləri işıqlandırılıb.
“Colpatria” göydələni Kolumbiyada dördüncü ən hündür binadır.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Anım günü qeyd edilib.