Kolumbiya prezidenti olduğu helikopter atəşə tutulub

Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslər tərəfindən atəşə tutulub.

AzerTimes-ın məlumatına görə, bu barədə Semana jurnalı bildirib.

Məlumata əsasən, hadisə gündüz saatlarında Norte-de-Santander departamentinin üzərində səmada baş verib. Təyyarənin göyərtəsində Milli Müdafiə Naziri Dieqo Molano və Daxili İşlər Naziri Daniel Palasios da olub.

Xəsarət alan olmayıb. Hakimiyyət orqanları araşdırmalara başlayıb.