Beynəlxalq cinayət təşkilatına üzv olan Ermənistan və Gürcüstandan gələn 12 şəxs Fransada saxlanılıb

Gürcüstan və Ermənistandan gələn 12 şəxs Fransanın Strasburq şəhərində saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə France3 telekanalı xəbər verib.

Məlumata əsasən, onlar hər növ oğurluqda ixtisaslaşmış beynəlxalq bir cinayət təşkilatının Elzas bölməsinə daxil olub.

Bildirilib ki, iyunun 21-də Aşağı Reyn Departamentinin Mərkəzi İctimai Təhlükəsizlik İdarəsi (DDSP) və Səyyar Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən 2 il davam edən istintaqdan sonra 12 nəfər saxlanılıb.

Qeyd olunub ki, bu, böyük bir cinayətkar şəbəkəsidir.