Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslər tərəfindən atəşə tutulub.
AzerTimes-ın məlumatına görə, bu barədə Semana jurnalı bildirib.
Məlumata əsasən, hadisə gündüz saatlarında Norte-de-Santander departamentinin üzərində səmada baş verib. Təyyarənin göyərtəsində Milli Müdafiə Naziri Dieqo Molano və Daxili İşlər Naziri Daniel Palasios da olub.
Xəsarət alan olmayıb. Hakimiyyət orqanları araşdırmalara başlayıb.