Kolumbiya Əfqanıstandan olan qaçqınları müvəqqəti olaraq öz ölkəsində yerləşdirəcək

Kolumbiya hökuməti Əfqanıstandan olan qaçqınları müvəqqəti olaraq öz ölkəsində yerləşdirmək qərarına gəlib. Qaçqınlar daha sonra ABŞ getməli olacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Kolumbiya prezidenti İvan Duke mətbuat konfransı zamanı bildirib.

Kolumbiya prezidenti bildirib: “Kolumbiya ABŞ yardımını təklif edən bir qrup ölkəyə qoşulur və illərlə ABŞ -a kömək edən və hazırda bu ölkəyə köçmək üçün sənədlər alan Əfqanıstan vətəndaşlarına müvəqqəti olaraq Kolumbiyada qalma imkanı verəcək”.


İ.Duke neçə Əfqanıstan vətəndaşının Kolumbiyaya gələcəyini açıqlamayıb. Qaçqınların saxlanması və daşınması üçün bütün xərclər Amerika tərəfi tərəfindən qarşılanacaq.