ABŞ-da “Pfizer” peyvəndinin istifadəsi tamamilə təsdiq olunacaq

ABŞ Qida məhsuları və Dərman vasitələrinin nəzarəti üzrə İdarəsi BioNTech və Pfizer konsorsiumu tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndini tamamilə təsdiq etməyə hazırlaşır.

AzerTimes-ın məlumatına görə, bu barədə The New York Times qəzeti mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, dərmanın istifadəsinin tam təsdiqlənməsi özəl və ictimai təşkilatların məcburi vaksinasiya tətbiq etmək imkanlarını genişləndirə bilər. Bundan əlavə, İdarənin bəyanatının fövqəladə istifadə üçün təsdiq edilmiş dərmanlarla peyvənd olunmağına laqeyd yanaşan amerikalılarıra peyvənd olunmağa təkan verəcək.