Yanğın riski səbəbindən 73 mindən çox “Chevrolet Bolt” elektrikli avtmobil geri çağırı

ABŞ-ın avtomobil korporasiyası “General Motors” Kanada və ABŞ-dan 73 mindən çox “Chevrolet Bolt” elektrik avtomobilini geri çağırır.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamasında bildirilib.

Məlumata əsasən, buna səbəb həmin avtomobillərinin akkumulyatorlarında alovlaşma təhlükəsi olub:


“”General Motors” könüllü olaraq “Chevrolet Bolt” elektrikli avtomobillərin geri çağırılmasını gənişləndirir ki, bu da Bolt EUV (elektrik avtomobil növü) də daxil olmaqla qalan 2019 və 2020-2022-ci il istehsalı olan avtmobillərə şamil olunur”.