Kobaxidze Azərbaycan və Ermənistan səfirləri ilə görüşdü

Kobaxidze Azərbaycan və Ermənistan səfirləri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev ilə görüşüb.

AzerTimes xəbər verir ki, baş nazir F.Quliyevlə regiondakı mövcud vəziyyəti müzakirə edib.

Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb.

Baş nazir strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.

Kobaxidze həmçinin Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyanla da bir araya gəlib və cari məsələləri müzakirə edib.

Teqlər: