HƏMAS ABŞ-ın təklifi ilə razılaşdı – Atəşkəs

HƏMAS ABŞ-ın təklifi ilə razılaşdı – Atəşkəs

HƏMAS hərəkatı ABŞ-ın Qəzzada atəşkəs və məcburi köçkünlərin tədricən geri qaytarılması təşəbbüsü ilə razılaşıb.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və məcburi köçkünlərin tədricən geri qaytarılmasını nəzərdə tutur.

Xatırladaq ki, “Politiko” daha əvvəl yazmışdı ki, Təl-Əviv Qəzza zolağında quru əməliyyatını genişləndirərsə, ABŞ Prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmaq barədə düşünə bilər.

Teqlər: