KOB Fest – sərgi-satış yarmarkasında iştirak etmək istəyən sahibkarların nəzərinə!

25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı)
təşkil olunacaq ilk KOB Fest – sərgi-satış yarmarkasına
müraciətlərin qəbulu davam edir.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və
kiçik sahibkarlıq subyektləri müvafiq müraciət formasını dolduraraq
elektron qaydada Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Müraciətlərin qəbulu 18 aprel, saat 00:00-da başa
çatacaqdır.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə keçiriləcək KOB Fest – sərgi-satış
yarmarkası 25 aprel – Sahibkarlar Gününə həsr olunacaq. Yarmarkada
müxtəlif qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı
şəxslərin əl işlərinin satışı həyata keçiriləcək. Ənənəvi
sərgi-satış yarmarkalarından fərqli olaraq, “KOB Fest”də təkcə
istehsalla məşğul olan sahibkarlar deyil, istehlakçılara müxtəlif
xidmətlər təqdim edən KOB subyektləri və startaplar da təmsil oluna
bilərlər. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında
“B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də
mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar
tərəfindən master-klasslar təşkil olunacaq. Yarmarkada mikro və
kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur.

Bakı ilə yanaşı, növbəti aylarda ölkənin digər şəhər və
rayonlarında da KOB Fest – sərgi-satış yarmarkalarının keçirilməsi
nəzərdə tutulur.

Teqlər: