Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun aprelin 15-də Cəlilabad
şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı
dəyişdirilib.

Qəbul aprelin 21-də saat 11:00-da keçiriləcək. Nazir Cəlilabad,
Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları Cəlilabad
rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər
Əliyev prospekti 242) qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin [email protected] elektron poçt
ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon
(əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi,
598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam
Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı:
[email protected]) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az
internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və
Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla
bilərlər.

Teqlər: