Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək

Martın 21-də Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq
ediləcək. Komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23
mart saat 07:00-a kimi davam edəcək.

Trend xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko
məlumat verib.

Vitali Kliçko komendant saatı müddətində mağazalar, apteklər,
yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini
vurğulayıb.

“Ona görə də hamıdan xahiş edirəm ki, evdə və ya sığınacaqlarda
qalsınlar. Yalnız xüsusi buraxılışları olan avtomobillər şəhər
ətrafında hərəkət edə biləcək”,- deyə V. Kliçko əlavə edib.