Kılıçdaroğlu 15 İyul hadisələrində bunu etdi – Ərdoğan

Kılıçdaroğlu 15 İyul hadisələrində bunu etdi – Ərdoğan

Siyasət meydanı kişilik meydanıdır. Qarşımıza çıxan da kişi olacaq. Kişi olacaq ki, bu mübarizədən ölkə xeyir qazansın.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib.

Ərdoğan xatırladıb ki, 15 İyul hadisələrində Kamal Kılıçdaroğlu Atatürk Hava Limanından FETÖ-çuların köməkliyi ilə tankların arasından keçərək bələdiyyə sədrinin evinə gedib:

“O, orada qəhvə içərkən biz on minlərlə insanın yanında idik. Biz onlarla birlikdə bütün millətə səsimizi çatdırırdıq”.

Ölkə başçısı vurğulayıb ki, qarşıdan gələn seçkilər üçün qurulan masada aylarla məkrli, çirkin planlar qurublar:

“Məqsəd Ərdoğanı və onun simasında Cümhur İttfaqını devirməkdir. Onun yerinə nə qoyacaqlar? Bəlli deyil. Deyək ki, bunu bacardılar. Bəs sonra nə olacaq? Dedikləri tək şey var. Bizim qurduqlarımızı məhv edəcəklər. Hər şeyi əvvəlki formaya qaytaracaqlar. Yəni, onlar təhlükəsizliyi terror təşkilatlarına təhvil verəcəklərini vəd ediblər. Sərhədlərimizi atəşə tutan terrorçuların yanına gedib əldə olunan nailiyyətlərimizdən imtina edəcəklər”.

Teqlər: