İran Ali Məhkəməsi Urmiya ilə bağlı təklifi rədd etdi

İran Ali Məhkəməsi Urmiya ilə bağlı təklifi rədd etdi

İran Ali Məhkəməsi Güney azərbaycanlı vəkillərin Urmiya gölünün qurumasının qarşısını almaq, onun bərpa işlərinin sürətləndirilməsi və aparılan işlərin araşdırılması ilə bağlı təkliflərini rədd edib.

AzerTimes xəbər verir ki, rejim məhkəməsi onlarla güneyli vəkil tərəfindən məsələ ilə bağlı nümayəndə kimi seçilən Mehdi Zəhiri Yusifabadi və Əsgər Məhəmmədinin müraciətlərinin keçərsiz olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı vəkillər Şərqi və Qərbi Azərbaycan əyalətlərinin Ətraf Mühitin Mühafizəsi İdarəsi, Şəhərsalma və Yol Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Energitika Nazirliyi və başqa əlaqədar qurumları Urmiya gölünün bərpası işlərində məsuliyyətsizlik etməkdə günahlandırıb, onların barəsində iddia qaldırıblar.

Teqlər: