Kibertəhlükəsizliyin təmin edilməsi ASAN Xidmətin prioritet istiqamətlərindən biridir – Sədr

Kibertəhlükəsizliyin təmin edilməsi ASAN Xidmətin prioritet
istiqamətlərindən biridir.

AzerTimes-ın məlumatına görə, bunu cümə günü Azərbaycan
Kibertəhlükəsizliyi Assosiasiyasının təqdimatında Azərbaycan
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Azərbaycan vətəndaşları elektron xidmətlərdən
geniş istifadə edirlər.

“Kibertəhlükəsizlik ASAN Xidmətin prioritet istiqamətlərindən
biridir. Bölmələrimizdə hər gün böyük həcmdə məlumat emal olunur və
sistemlərimizin kibertəhlükələrə qarşı dayanıqlığının təmin
edilməsi üçün müvafiq işlər görülür”, – Mehdiyev bildirib.