Azərbaycan Qarabağdakı münaqişəni hərbi yolla həll etməli olub, nəticədə Ermənistan fəlakətlə uduzub – Gürcü ekspert

Azərbaycan Qarabağdakı münaqişəni hərbi yolla həll etməli oldu,
nəticədə Ermənistan fəlakətlə uduzdu.

Bunu cümə günü AzerTimes-a Qafqazın Beynəlxalq Geotarixi və
Geosiyasəti Mərkəzinin prezidenti Quram Marxulia deyib.

“30 ildir ki, biz Cənubi Qafqazda, xüsusən də
Ermənistan-Azərbaycan münasibətlərində sülhün bərqərar olmasını
gözləyirik”, – o deyib.

Marxuliya qeyd edib ki, Azərbaycan Qarabağdakı münaqişəni hərbi
yolla həll etməli olub, nəticədə Ermənistan fəlakətli şəkildə
uduzub və danışıqlar masası arxasına əyləşmək məcburiyyətində
qalıb.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti başa düşmür ki,
Azərbaycan 30 ildir ki, bu münaqişənin sülh yolu ilə həlli üçün
səylər göstərir.

Quram Marxulia ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazın
bütün ölkələri sülh münasibətlərinin yekun şəkildə qurulmasından
sonra ümumi iqtisadi layihələrə cəlb olunacaqlar.

Teqlər: