Kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun 1-ci iclasının protokolu imzalanıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus
Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd
təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus
İşçi qrupunun üzvlərinin görüşü keçirilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri,
kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən
İşçi Qrupun həmsədri, Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini
İvan Smılqinin rəhbərlik etdiyi nümayən heyətləri iştirak
ediblər.

Tərəflər Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın bütün
sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr
inkişaf etdiyini vurğulayıb, aqrar sahədə texnologiya transferi və
birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı
məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə
aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq,
heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida
təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərini
müzakirə ediblər. Görüşdə qeyd olunub ki, iki ölkə arasında kənd
təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük
potensial mövcuddur.

Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq
Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi
sahəsində Azərbaycan-Belarus İşçi qrupunun 4 oktyabr 2021-ci ildə
keçirilmiş 1-ci iclasının protokolu imzalanıb.

Teqlər: