Sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya
avtobusu” fəaliyyətə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avtobus Sumqayıt
şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi istiqamətində
əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək
Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Məqsəd Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan
sağlamlıq imkanları məhdud uşaqların ambulator və icma əsaslı
reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. Yeni xidmət
habelə həmin uşaqlara göstərilən ambulator reabilitasiya
xidmətlərinin davamlılığını və effektivliyini təmin etməyə
yönəlib.

İlkin mərhələdə xidmət tələbata uyğun olaraq müəyyən edilmiş
marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.

Teqlər: