Kemerovo vilayətində kömür mədənində partlayış baş verib, azı 15 nəfər xəsarət alıb

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya” kömür mədənində tüstülənmə baş verib.

Trend xəbər verir ki, bundan bir neçə dəqiqə sonra mədəndə partlayış haqqında məlumat daxil olub.

Nəticədə azı 15 nəfər tüstüdən zəhərlənib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı mədəndə 287 nəfər olub. Xilasetmə qüvvələri onların təxliyyəsini həyata keçirir. Hazırda mədəndə 115 nəfərin qaldığı bildirilir.

Teqlər: