Ziya Bünyadov prospektində qəza uzun tıxaca səbəb olub (FOTO)

Xəbər - Samir Əli – Trend:

Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Sıxlıq bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.

Teqlər: