Kəmalə Ağazadə ölümlə təhdid olunur

Kəmalə Ağazadə ölümlə təhdid olunur

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şantaj olunduğu üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

AzerTimes xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb.

O bildirib ki, son günlər fəaliyyətiylə bağlı bir neçə şəxs tərəfindən təhdid olunur və ölümlə hədələnir:

“Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluq bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir”.

Ağazadə qeyd edib ki, təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başlayıb.

Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, artıq müraciətlə əlaqəli araşdırılma aparılır.

Teqlər: