Bu gün Bakı-Quba yolunun açılışı olacaq

Bu gün Bakı-Quba yolunun açılışı olacaq

Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edir, ona bu ağır və məsuliyyətli işində uğurlar arzu edirəm.

AzerTimes xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Vahid Əhmədov deyib.

O bildirib ki, artıq bir müddətdir Bakı-Quba yolu əsaslı təmirə dayanıb:

“Cənab Prezident bununla bağlı tapşırıq verib. “Azəryol” gecə-gündüz çalışır. Müəyyən səbəblərdən yolun noyabrda açılışı gecikdi. Bu gün yolun açılışı olacaq.

İkinci bir yol – pullu yolun istifadəsi gələn ilin may ayına planlaşdırılır. Bu yol istifadəyə verildikdən sonra Qubadan Bakıya gələn yolun sağ hissəsi də təmirə dayanacaq. Mən cənab prezidentə təşəkkür edir, Azərbaycan xalqını bu yolun açılması münasibəti ilə təbrik edirəm”.

Teqlər: