Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin
bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca
yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun
Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun
mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Trend
Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi
heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat
şəraiti bölmələrimizin tam nəzarəti altındadır.