“Real Madrid” Ronaldonu yenidən heyətinə qaytarmaq niyyətindədir

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Real”a qayıda bilər.

Trend “Mirror”
tabloidinə istinadla xəbər verir ki, “Kral” klubu Ronaldonun
transferində maraqlıdır. Daha əvvəl mediada Kriştianonun Madridə
mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə “Real Madrid”də çıxış
edib. Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyuna
çıxıb və 3 qol vurub.

35 turdan sonra “qırmızı şeytanlar” 55 xal toplayıb və İngiltərə
çempionatının turnir cədvəlində altıncı yerdədir. “Mançester
Yunayted” növbəti mərhələdə “Brentford”u qəbul edəcək. Görüş mayın
2-də baş tutacaq.

Teqlər: