Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə daha 2 medal qazanıblar (FOTO)

Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən
beynəlxalq turnirdə daha iki medal qazanıblar.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən
Trend
bildiriblər ki, yarışın ikinci günündə milli komandamızın üzvü
Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzgüçülük
yarışlarında 2 dəqiqə 2,35 saniyə nəticə ilə gümüş medala sahib
olub. Turnirdə 50 metr məsafəyə batterflay üsulla yarışda finala
vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 27,91 saniyə nəticə ilə
ilk üçlükdə yer alıb və sayca ikinci bürünc medalını qazanıb.

Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.

Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə
Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri
daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya,
Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar
güclərini sınayırlar.

Teqlər: