Keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib

Bakıda keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət
edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı
Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda
Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın
çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan
cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini,
əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək
saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: