Kaspersky Latın Amerikası və Yaxın Şərqdən olan istifadəçilərin məlumatlarının emalı üçün infrastrukturu İsveçrəyə köçürür

Kaspersky istifadəçi məlumatlarının İsveçrəyə köçürülməsi üzrə
genişmiqyaslı layihəni davam etdirib. Şirkət bu dəfə Yaxın Şərq və
Latın Amerikası regionlarından məlumat köçürülməsini həyata
keçirib.

Kaspersky-nin İsveçrədəki iki məlumat mərkəzində məlumatların
emal gücünün 82%-ni cəmləşib. İsveçrə provayderləri qabaqcıl sənaye
standartlarına uyğun dünya səviyyəli avadanlıq təqdim edirlər, buna
görə də Avropa, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Asiya-Sakit
Okean regionunun bəzi ölkələrindən gələn istifadəçi məlumatlarının
emalı tədricən Sürixə köçürülüb. Şirkət bu infrastrukturun
tikintisinə hələ 2017-ci ildə İnformasiya Şəffaflığı üzrə Qlobal
Təşəbbüsünün (GTI) bir hissəsi kimi başlayıb.

Həmçinin GTI-nin yeni mərhələsi çərçivəsində şirkət bir sıra
növbəti tədbirlərini həyata keçirib. İlk növbədə Kaspersky ISO/IEC
27001:2013* beynəlxalq standartının tələblərinə uyğunluq
sertifikatlaşmanı təsdiqləyib. Audit prosesi TÜV AUSTRIA tərəfindən
həyata keçirilib. 2020-ci il sertifikatlaşmasına əlavə olaraq, bu
dəfəki sertifikat yalnız zərərli və şübhəli faylları (KLDFS
məlumatlar bazası) təhlükəsiz şəraitdə saxlamaq və onlara giriş
üçün deyil, həm də statistikanın (KSNBuffer məlumat bazası) emalı
üçün sistemləri əhatə edib.

ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluq
Kaspersky-nin yanaşmasının əsasını təşkil edir. TÜV AUSTRIA
tərəfindən verilmiş sertifikat təchizatçının informasiya
təhlükəsizliyinin tətbiqində ən yaxşı metodlara və sənayenin ən
yaxşı təcrübələrinə sadiqliyini nümayiş etdirir. Sənədi TÜV AUSTRIA sertifikatlar
kataloqunda
, eləcə də Kaspersky-nin
veb saytında
görmək olar.

Şirkət həmçinin dünya üzrə hüquq-mühafizə orqanları və dövlət
qurumlarının sorğularına dair hesabat təqdim edib. Belə ki, 2021-ci
ilin ikinci yarısında 12 ölkədən 109 sorğu daxil olub ki, onlardan
92-si texniki detallarla bağlı** olub. Sorğuların üçdə birindən
çoxu (36%) məlumat çatışmazlığı və ya lazımi hüquqi araşdırma
tələblərinə cavab vermədiyi üçün rədd edilib. Ümumilikdə, 2021-ci
ildə Kaspersky 17 ölkədən 214 sorğu qəbul edib (2020-ci ildə 15
ölkədən 160 sorğu). Onlardan 181-i texniki detallarla bağlı olub
(2020-ci ildə 132 müvafiq sorğu).

Bundan başqa, Kaspersky özünün “Cyber Capacity Building Program”
onlayn tədris proqramına yeni onlayn təlim əlavə edib. Proqramın
məqsədi dünya üzrə təşkilatlara öz İT infrastrukturunun
təhlükəsizlik səviyyəsini qiymətləndirmək üçün alətlər və biliklər
əldə etməyə kömək etməkdir.

“Biz kibertəhlükələrlə bağlı məlumatların emalı və saxlanmasını
məlumatların qorunması üzrə sərt qanunları ilə tanınan İsveçrəyə
köçürdük. Bu addımlar bizim Qlobal Şəffaflıq Təşəbbüsümüzün yalnız
bir hissəsidir ki, buraya həm də informasiya təhlükəsizliyi
idarəçiliyinin müstəqil qiymətləndirilməsi və məhsullarımızın kök
şifrəsinin təhlili üçün təmin edilməsi daxildir. Bu tədbirlər
hamısı birlikdə bizim istifadəçi məlumatlarının idarə edilməsində
açıq siyasət və şəffaflıq prinsipinə sadiqliyimizi və
müştərilərimizə və tərəfdaşlarımıza ən etibarlı və layiqli həllər
təqdim etməyə davam etdiyimizi bir daha təsdiqləyirr”, deyə
Kaspersky-nin, Biznesin İnkişafı üzrə Direktoru Andrey Efremov
bildirib.

İnformasiyanın İctimai Açıqlığı üzrə Qlobal Təşəbbüs haqqında
daha ətraflı buradan öyrənə
bilərsiniz.

* ISO/IEC 27001 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO)
tərəfindən hazırlanmış və nəşr edilən ən geniş yayılmış informasiya
təhlükəsizliyi standartıdır. Buraya informasiya təhlükəsizliyi üzrə
idarəetmə sisteminin tətbiqi, monitorinqi, dəstəyi və
təkmilləşdirilməsi üçün tələblər daxildir.

** Bu cür sorğulara MD5 heşləri, sistem boşluğu
göstəriciləri, kiberhücumların xüsusiyyətləri və onların həyata
keçirilməsi üçün istifadə olunan vasitələr haqqında məlumatlar,
zərərli proqramların əks mühəndisliyinin nəticələri və müxtəlif
tədqiqatlar zamanı əldə edilmiş statistik məlumatlar daxildir.

Bu cür məlumatlar kiber insidentlərin araşdırılması üçün tələb
olunur.