Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verib (FOTO)

Kapital Bank müştərilərə göstərilən xidmət keyfiyyətinin
artırılması istiqamətində mütəmadi olaraq yeni layihələr həyata
keçirir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan
olması üçün filial şəbəkəsinin genişləndirilməsi istiqamətində
Gəncə şəhərində yeni filialını açdı. Bu, Kapital Bank-ın Gəncə
şəhərində müştərilərin istifadəsinə verdiyi sayca artıq 4-cü
filialıdır.

Yeni Qərb filialı, 2 saylı Gəncə ASAN xidmət mərkəzi daxilində –
Gəncə şəhəri, Gəncə-Şəmkir şosesi ünvanında fəaliyyət göstərir.
Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər,
müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal,
rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair
bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və
regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası
prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan
çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib,
30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya
layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region
filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin
açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: